F.Vassyör: Rueda bazada işləyəcək

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, baş strateqləri İnaki Rueda artıq bazada işləyəcək.

F-1.az xatırladır ki, Ferrari keçən il sürətli maşın düzəltsə də, çoxsaylı strateji səhvlər edərək, böyük xallar itirmişdi. Buna görə də komandanın baş strateqi İnaki Ruedanın iş yeri dəyişdirilib. O artıq komanda körpüsündə yox, bazada oturacaq. Onu 28 yaşlı Ravin Ceyn əvəz edəcək.

Frederik Vassyör: “Daha əvvəl strategiya haqda danışmışdıq. Kənardan baxanda strategiyanın komanda körpüsündə bir nəfərdən asılı olduğu görünür, amma məsələ elə deyil.

Strategiya üçün bazada komanda körpüsü ilə əlaqə saxlayan şöbəmiz var. Fərqli proqramlar var və düzünü desəm, bu vacib faktordur.

İşin təşkilini dəyişdirməyə qərar verdik. Buna görə də İnaki bazada işləyəcək, Ravin isə komanda körpüsündə oturacaq.

Bundan başqa komm kommunikasiya üzərində də işləyirik. Hər şey qaydasında olanda 3-4 nəfər olmağınız pronlem deyil, lakin hər şey bir-birinə qarışanda fərqli ssenari ilə üzləşirsiniz. Belə hallarda reaksiya vermək üçün daha bəsit iş rejimi qurduq və düşünürük ki, yaxşı olacaq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*