B.Vinya: Nəticələrdən razı deyiləm

F-1.az xəbər verir ki, Ferrari-nin icracı direktoru son mövsümdə əldə edilənlərin onu xoşbəxt etmədiyini bildirib.

Benedetto Vinya, Ferrari-nin icraçı direktoru: “Mən bunu mövsümün sonunda da dedim – ikinci yer bizi qane etmir, çünki ikinci yer tutan uduzanlar arasında birincidir. Təbii ki, biz müəyyən irəliləyiş əldə etmişik. Bundan razıyam, amma nəticə ikinci yer olmamalıdır. Düşünürəm ki, bu komanda gələcəkdə daha da yaxşı olmaq üçün hər şeyə malikdir”.

Xatırladaq ki, Ferrari bu il Mühəndislər Kubokunda Red Bull-dan 205 xal geri qalaraq ikinci olub. Komandanın pilotu Şarl Lekler də sürücülər çempionatında ikinci olub.

Sin günlərdə bir neçə mənbə eyni anda Mattia Binotto-nun yaxın vaxtlarda işdən çıxarılacağını yazıb…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*