Haas Ferrari-nin təklifini rədd edib

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Ferrri gələn il üçün onlara Şarl Lekler və ya Antonio Covinatsini təklif etsə də, qəbul etməyiblər.

F-1.az xatırladır ki, Antonio Covinatsi artıq bir neçə dəfə Haas komandası ilə birinci sərbəst yürüşlərdə iştirak edib.

Günter Ştayner
: “Ferrari ilə çox yaxın münasibətimiz olsa da, bu təklifi rədd etməli idik. İki tərəf də bu qərara hörmət etdi və aramızda problem yoxdur. Çox keyfiyyətli sürücülərimiz var və onlarla uzun illər yarışmaq istəyirik. Ferrari gənc sürücülərindən birini təklif etsə də, onlarla vəziyyəti müzakirə etdik və hər şey qaydasındadır. Hər mövsüm inkişaf edirik və gələn il də məqsədimiz budur. Uğurlu komanda olmaq üçün gözəl addımlar atırıq. Təkmilləşməyə davam edəcəyik”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*