G.Ştayner: Hülkenberq formadadır

Haas komandasının rəhbəri Günter Ştayner bildirib ki, Niko hülkenberq paslanmayıb.

F-1.az xatırladır ki, Niko gələn il Haas komandasında Mik Şumaxeri əvəz edəcək. Lakin 35 yaşlı sürücü son tam mövsümünü 2019-cu ildə keçirib.

Günter Ştayner: “Hülkenberqi düşünəndə onun son illərdə yarışmadığını da hesabladıq. Lakin o, son illərdə hansısa sürücünü əvəzləyəndə əla performans göstərirdi. Bundan başqa Bəhreyndə mövsümöncəsi testlər var. Məncə, işə tez öyrəşəcək.

Fiziki olaraq yeni F1 bolidlərini sürmək daha çətindir. Bunlara öyrəşməsi üçün vaxt lazımdır, çünki ancaq sükan arxasında əzlələrinizi işlədə bilərsiniz. Ancaq o formadadır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*