Rəsmən: Covinatsi ilk testlərdə Verlyaynı əvəz edəcək

Sauber komandası Paskal Verlyaynın İspaniyadakı birinci testlərdə iştirak edə bilməyəcəyini və onu Antonio Covinatsinin əvəzləyəcəyini təsdiq edib.

F-1.az xatırladır ki, Sauber yeni mövsüm üçün Paskal Verlyaynı transfer etsə də, almaniyalı sürücü yanvarın 21-də Çempionlar Yarışında ağır qəza keçirmişdi. Belə ki, 22 yaşlı sürücü avtomobilinin idarəetməsini itirərək, Felipe Massaya çırpılmışdı və salto vuraraq, baryerlərə girmişdi. Qəzadan sonra Verlyaynın burnu belə qanamasa da, ayın əvvəlində tibbi müayinədən keçə bilməmişdi.

Belindən zədə alan gənc sürücü fevralın 27-də başlayacaq mövsümöncəsi testlərdə iştirak edə bilməyəcək. Verlyaynı Ferrari komandasının test sürücüsü Antonio Covinatsi əvəz edəcək. Beləliklə, italiyalı sürücü ilk dəfə yeni bolidi idarə etmiş olacaq. Xatırladaq ki, 23 yaşlı sürücü daha əvvəl Fyoranoda Ferrari-nin 2015-ci il bolidini idarə etmişdi.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*