R.Qrojan Toro Rosso-ya göz dikib

Haas komandasının sürücüsü Roman Qrojan bildirib ki, son yarışlarda heyətini yeniləyən Toro Rosso komandasını qabaqlamalıdırlar.

F-1.az xatırladır ki, amerikalılar hazırda 8-ci yerdədirlər və 6-cı yerdəki Toro Rosso-dan 6 xal geridə qalırlar.

Roman Qrojan: “Haas, Renault və Toro Rosso üçlüyündən ən sürətlisi Renault komandasıdır. Mövsümün sonuna yaxın bolidi yaxşı təkmilləşdirdilər və iki güclü sürücüləri var. Təbii ki, son yarışlarda çoxlu problemlər yaşadıqları üçün aradakı fərqi bağladıq. Toro Rosso hazırda bizim üçün hədəfdir. Tez-tez sürücü heyətlərini dəyişirlər və hazırda iki təcrübəsiz sürücü ilə yarışırlar. Bunu öz xeyrimizə dəyişməliyik. Daha yuxarı pillə daha çox pul deməkdir. Buna görə mübarizə aparmalıyıq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*