V.Bottas: “Uzunmüddətli müqavilə istəyirəm”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, almanların heyətində uzun illər qalmaq istəyir.

F-1.az xatırladır ki, finlandiyalı sürücünün “gümüşü oxlar”la olan müqaviləsi ilin sonunda başa çatacaq, amma hər iki tərəf də yeni müqavilə barədə heç nə demir.

Valtteri Bottas: “Hər hansı bir müqavilə imzalamamışdan əvvəl bu barədə danışmamalıyıq. Mövsümün ortasına gəlirik və qərarlar alınmağa başlanacaq. Növbəti həftələrdə hər hansı bir xəbər olmayacaq. Mənim əsas hədəfim komanda ilə uzunmüddətli müqavilə bağlamaqdır. Bir neçə həftə gözləyib nələr olacağını görəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*