Braziliya-2021: Birinci sərbəst yürüşlər

Burada cari mövsümdə üçüncü və sonuncu sprint yarışlı həftəsonu formatı yoxlanılır. Odur ki, sıralanma turundan əvvəlki yeganə məşq sessiyasında sürücülərin proqramı intensiv olub.

F-1.az bildirir ki, asfalt tozlu və sürüşkən olub, sürücülər tədricən sürətlərini artıraraq Medium və Hard təkərlərlə aerodinamikanı yoxlayıblar. Daha sonra isə Soft təkərlərə keçərək aşınmanı test ediblər.

Sessiya ərzində trasın bir hissəsində qısa müddətli yağış yağıb, lakin bu asfaltın temperaturunu aşağı salsa da, sürücülərə mane olmayıb. Demək olar ki, ciddi insident baş verməyib. Rəykkönen və Ferstappen trasdan çıxsalar da, geri qayıda biliblər, Qasli isə sərt blokaja yol verib.

Qısa trasda nəticələr də bir-birinə yaxın olub. Lakin ən sürətli nəticəni Lyuis Həmilton göstərib – 1:09.050. Bizi çox maraqlı sıralanma turu gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:09.050 31
2 33 Maks Ferstappen Red Bull 1:09.417 + 0:00.367 22
3 11 Serxio Peres Red Bull 1:09.492 + 0:00.442 28
4 77 Valtteri Bottas Mercedes AMG 1:09.567 + 0:00.517 30
5 10 Pyer Qasli AlphaTauri 1:09.880 + 0:00.830 32
6 55 Karlos Sayns Ferrari 1:10.124 + 0:01.074 31
7 16 Şarl Lekler Ferrari 1:10.142 + 0:01.092 32
8 31 Esteban Okon Alpine 1:10.145 + 0:01.095 27
9 14 Fernando Alonso Alpine 1:10.201 + 0:01.151 26
10 18 Ləns Stroll Aston Martin 1:10.352 + 0:01.302 27
11 22 Yuki Tsunoda AlphaTauri 1:10.374 + 0:01.324 33
12 5 Sebastyan Fettel Aston Martin 1:10.413 + 0:01.363 28
13 7 Kimi Rəykkönen Alfa Romeo 1:10.443 + 0:01.393 31
14 99 Antonio Covinatsi Alfa Romeo 1:10.587 + 0:01.537 31
15 4 Lando Norris McLaren 1:10.610 + 0:01.560 27
16 47 Mik Şumaxer Haas 1:10.885 + 0:01.835 27
17 6 Nikolas Latifi Williams 1:10.902 + 0:01.852 23
18 63 Corc Rassell Williams 1:10.938 + 0:01.888 24
19 3 Daniel Rikkardo McLaren 1:10.990 + 0:01.940 25
20 9 Nikita Mazepin Haas 1:11.342 + 0:02.292 28
, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*