K.Horner: “Ferstappenin ətrafında komanda qurmaq istəyirik”

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, Maks Ferstappenlə uzun illər işləmək və onun ətrafında komanda yığmaq istəyirlər.

F-1.az xatırladır ki, hollandiyalı sürücü ilə Ferrari və Mercedes komandaları maraqlanır.

Kristian Horner: “Maks bu mövsüm çətin yarışlar keçirtdi və yaşına baxmayaraq, çox yetişkən davrandı. Problemsiz bir həftəsonunda nələr edə biləcəyini Malayziyada göstərdi. Saf sürət cəhətdən çox güclü olduğunu bilirik və onu komandada saxlamaq üçün hər şey edəcəyik. Formula1-dəki ən populyar sürücü olduğunu demək səhv olmaz. Gələcəkdə onun ətrafında komanda qurub uğurlar qazanmaq istəyirik. Ümid edirəm ki, gələn il rəqabətədavamlı bolid çıxardarıq və çempionluq uğrunda mübarizəyə qoşularıq. Bu, bizim üçün işləri asanlaşdırar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*