M.Ferstappen: “Azərbaycan yarışını qazana bilərdim”

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, qalib gəlmək ehtimalı olan Azərbaycan Qran Prisində mübarizəni dayandırdığı üçün məyusdur.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Bakıdakı yarışda 3-cü yerdə gedərkən texniki problem yaşayaraq, bu mövsüm 4-cü dəfə mübarizəni vaxtından əvvəl dayandırıb.

Maks Ferstappen: “Yarış zamanı bolidin etibarlılığı barədə düşünmürdüm. Amma yenə də problem yaşadım. Yenə də yaxşı yerdə gedərkən mübarizəni dayandırdım. Komanda hələ də problemi araşdırır. Qətiliklə deyə bilərəm ki, problem mühərrikdədir. Şənbə günü sıralanma turunda mühərriyin gücünü azaltmalı oldum. Çox qəribə idi. İndi də mühərrik əldən getdi və yenisini taxmalıyıq. Bakıda yaxşı mənada təəccübləndik. Bolid çox güclü idi və mən də xal qazanmaq istəyirdim. Komanda məndən yaxşı nəticələr gözləyir və mən də gözləyirəm ki, onlar da hər şeyi mükəmməl hala gətirsinlər. Bu mühərrik problemi ilk dəfə deyildi. Amma çərşənbə günü simulyatorda işləyəcəm. Ən azından orada mühərrik xarab olmur.

Yarışı dayandırdıqdan sonra danışmaq istəmədim. Bolidin balansı barədə mühəndislərlə danışmaq üçün saat yarım trasda qaldım və sonra oradan ayrıldım. Ən doğrusu bu idi.

Komanda mənim quyumu qazmır. Komanda bolidi yaxşı hala gətirmək üçün gecə-gündüz əlindən gələni edir. Problem yaşandığında onlar da məyus olurlar.

Rikkardo qalib gələndə məyus oldum, çünki yarışı qazana bilərdim”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*