F.Vassyör: Azərbaycanda qələbə mümkünsüz idi

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, Bakıda qələbə mümkünsüz olub.

F-1.az xatırladır ki, “qırımızılar” Bakı Şəhər Halqasında Lekler ilə həm sprint, həm də əsas sıralanmada poul qazansalar da, hər iki yarışda qələbəni əldən veriblər. Monakolu sürücü sprint yarışında Peresin, əsas yarışda isə həm Peresin, həm də Ferstappenin gerisində qalıb.

Frederik Vassyör: “Məncə, bu həftəsonu yaxşı nəticələr qazandıq. Yarışda podiuma çıxdıq və yarışlara pouldan başladıq. Bu nəticələr komandanın motivasiyasını artıracaq və bu çox vacibdir.

Bu həftəsonu yaxşı şeylər gördük. Sürətli maşınımız var və vahid dövrədə sürətliyik. İndimisə yarış tempini artırmalıyıq və bu asan olmayacaq. Bakıdakı yarışda sürətli idik, amma yenə də daha yaxşı nəticə üçün bəs etmədi. Bu yarışdan dərslər çıxaracağıq.

Qazanmaq istəyərdik, amma mümkünsüz idi. Ən azından Bakıda qələbə uğrunda mübarizə aparmaq çətin idi. Bu sıralanmanı gözləyirdik və yarışdan maksimumu aldıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*