E.Cordan: Mercedes məğlubedilməzdir

Sabiq komanda rəhbəri Eddi Cordan bildirib ki, Mercedes komandası hazırda çox qüsursuzdur.

F-1.az xatırladır ki, “gümüşü oxlar” turbo eranın başladığı 2014-cü ildən bəri həm Mühəndislər Kubokunda, həm də Sürücülər Çempionatında rəqibsizdirlər. Bu illər ərzində Ferrari və Red Bull çempionluq uğrunda mübarizə aparsalar da, Mercedes-in səviyyəsinə çata bilməyiblər.

Eddi Cordan: “İdman çətin vəziyyətdədir, çünki heç kim Mercedes-i məğlub edə bilmir. Racing Point keçən il Pereslə bir qələbə qazandı və Maks Ferstappen mövsümün son yarışında qalib gəldi, lakin buna aldanmaq olmaz. Mercedes ən yaxşı işçilərə və motora sahibdir. Belə olan halda niyə çempion olmasınlar? Artıq güclü sponsorlar tapmaq da çətindir. Buna görə də mübarizə aparmaq mümkünsüzdür”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*