Mercedes iddialara qulaq asmır

Mercedes komandasının rəhbərləri Sebastyan Fettelin sabotajla qələbə qazandığı iddialarına qulaq asmayıblar.

F-1.az xatırladır ki, Lyuis Həmilton Avstraliya yarışında birinci pit-stopa qədər liderlik etsə də, Ferrari ilə tərəfdaş olan Haas komandasının iki sürücüsü də təkər problemi yaşamış və virtual təhlükəsizlik maşını rejimi başlamışdı. Rejimdən məharətlə istifadə edən Fettel pitə gələrək, trasa birinci yerdə qayıtmışdı.

Toto Volff: “Haas-ı başa düşürəm. Doğrudan da çox sürətli idilər. Amma birdən nə oldu bilmirəm. Belə hal doğrudan da pis təsir edər”.

Niki Lauda: “Haas problemi araşdırmalıdır. Lakin onlara görə çox məyusam”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*