Renault K.Maqnussenin qərarından təəccüblənib

Kevin Maqnussen bildirib ki, Renault-nun 2017-ci il üçün verdiyi təklifi bəyənmədiyi üçün rədd edib.

F-1.az xatırladır ki, Renault gələn il Hülkenberq-Palmer cütü ilə yarışacaq, amma fransızların Maqnusseni nəyə görə seçmədiyi hamıya maraqlı idi.

Maqnussen bildirib ki, Renault-da qala bilərmiş, amma bunu özü istəməyib: “Bu, mənim qərarım idi. Mənə bir təklif eləsələr də, bu yaxşı təklif deyildi. İstəsəm, qalardım. Əgər uzunmüddətli təklif olsaydı, ciddiyə ala bilərdim. Ancaq elə deyildi.

Düşündüm ki, ayrılmaq mənim üçün daha yaxşı olacaq. Əgər oraya bağlandığımı hiss etsəydim, hər şey fərqli ola bilərdi. Amma ayrıldım və şadam”.

Haas komandası Meksikada Maqnussenə ikiillik müqavilə təklif etdiyi üçün bu mövzuda Renault-nu qabaqlamışdı.

Renault komandasının rəhbəri Frederik Vassyör Maqnussenin qərarına təəccüblənib: “Mövsüm ərzində gələcəklə bağlı bir neçə dəfə danışdıq, amma komandaya bağlana bilməməsi çox qəribədir.

Müqavilə barədə danışmışdıq və müəyyən nöqtədən sonra Colion ilə danışıqlara başladıq. Ona müqavilə barədə danışdıq”.

Maqnussen Renault-dan ayrıldığı üçün məyus olsa da, gələn il Haas ilə güclü performans göstərəcəyinə inanır: “Daha yaxşı ola biləcəyini düşünürəm və ümid edirəm. Məncə, Haas rəqabətədavamlı olacaq. Bu, mənim düşüncəmdir. Dəyərimi göstərə biləcəyim, yaxşı iş görə biləcəyim və yaxşı vaxt keçirəcəyim bir yer axtarıram. Gələn il belə bir yerdə olacağıma əminəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*