L.Həmilton Britaniyanın ən varlısıdır

Mercedes komandasının sürücüsü Lyuis Həmilton Sunday Times nəşrinin ənənəvi olaraq açıqladığı "Britaniyanın 100 varlı adamı" siyahısında birinci yerdədir.

F-1.az xatırladır ki, 2008-ci, 2014-cü və 2015-ci illərin Formula1 üzrə Dünya Çempionu Lyuis Həmilton 131 milyon funt sterlinq sərvəti ilə Böyük Britaniyanın ən varlı idmançısı seçilib. İkinci yerdə 110 milyon funt sterlinqlə Manchester United klubunun futbolçusu Zlatan İbrahimoviç, 3-cü yerdə isə 93 milyon funtla isveçli futbolçunun komanda yoldaşı Ueyn Runi var. Formula1 üzrə 2009-cu ilin Dünya Çempionu Censon Batton isə 86 milyon funtla siyahıda 4-cüdür. Beləliklə, ilk dördlükdə iki futbolçu və iki Formula1 sürücüsü yer alıb.

Yer İdmançı İdman 2017-ci ildə sərvəti, milyon funt sterlinqlə Son bir ildə artım, milyon funt sterlinqlə
1 Lyuis Həmilton Formula1 131.0 25.0
2 Zlatan İbrahimoviç futbol 110.0
3 Ueyn Runi futbol 93.0 11.0
4 Censon Batton Formula1 86.0 9.0
5 Rori Makİlroy qolf 82.0 26.0
6 Endi Mörrey tennis 77.0 20.0
7 Joze Mourinyo futbol 61.0 11.0
8 Qaret Beyl futbol 54.0 20.0
9 Pep Qvardiola futbol 50.0
9 Luol Denq basketbol 50.0 7.0

 

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*