K.Sayns: “Gələcəyi düşünmürəm”

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, gələcəkdə hansı komandada olacağını düşünmür.

F-1.az bildirir ki, ispaniyalı sürücü Red Bull-a aid olsa da, hazırda icarə əsasında Renault komandasında çıxış edir.

Karlos Sayns: “Əksəriyyət mənim gələn il nə edəcəyimi bilmək istəyir, amma hazırda bütün diqqətimi Renault-ya vermişəm. Çünki bu il məni komandaya gətirmək üçün sərmayə qoydular və onlara borcluyam. Buna görə də 2019-cu il barədə düşünmürəm. Renault-dayam və uzun illər burada yarışa bilərəm. Sonra isə hər şey ola bilər.

Mühərriklər gələcəkdə daha səsli və ucuz olmalıdırlar. Hazırkı mühərriklər çox bahalıdırlar. Amma texnologiyada geriyə getmək olmaz”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*