H.Marko: “Halo lazımsız bir şeydir”

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko Halo sistemini tənqid edib.

F-1.az xatırladır ki, komandalar bu ildən etibarən Halo-dan məcburən istifadə edirlər.

Helmut Marko: “Bu təhlükəsizlik sistemini çox axmaq formada şişirdirlər. Sinqapurda, Monakoda və Avstraliyada yarışırıq və daha sonra Halo adlı bir şey gəlir. Çox çirkindir və bunu düzəldəndən çox fikirləşməyiblər. Çünki Massanın başına gələn insident təkrarlana bilər. Amma artıq işimiz çətinləşib. Sürücülər güclə bolidə otururlar. Sürücü qəza zamanı belindən xəsarət ala bilər. Halo varkən onu çıxarmaq çətin olacaq. Bəzi sağlam sinirlər də zədələnəcək. Formula1 belə olmamalıdır. Bolidlər 735 kiloqram olub və idman maşınları üçün ağır çəkidir. Formula1 bolidi yüngül olmalıdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*