Azarkeşlərdən koronavirus testi tələb olunmayacaq

Beynəlxalq Avtomobil Federasiyası qlobal pandemiyanın statusunda baş verən dəyişikliklərlə əlaqədar olaraq koronavirusla bağlı protokoluna düzəlişlər edib.

F-1.az xəbər verir ki,  bundan sonra Formula1 yarışlarında koronavirus əlamətləri olan ziyarətçilər tamaşaçıların sıx olduğu zonalara girə bilməyəcəklər. Bununla belə, tamaşaçılardan artıq koronavirusa qarşı peyvənd tələb olunmur. Eyni zamanda, koronavirus üçün yerli test zonaları da artıq təşkil edilməyəcək, lakin maraqlı tərəflərə onların mövcudluğu barədə məlumat veriləcək.

Eyni zamanda, Ümumdünya Şurası artıq Çin Qran Prisinin ləğvindən sonra indiyədək 23 mərhələni əhatə edən 2023-cü il mövsümü üçün təqvimi təsdiqləyib…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*