19 Oktyabr 2019, Şənbə - 01:17

B.Ekklstoun: “Yeni müqaviləni cırıb tullayacam”

B.Ekklstoun: “Yeni müqaviləni cırıb tullayacam”

Müəllif: Rauf Hacıyev, redaktor

10:22 - 03 May, 2016

Formula1-in rəhbəri Berni Ekklstoun bildiirb ki, əgər mühərriklərin gücü bərabərləşdirilməsə, onda mühərriklərlə bağlı yeni müqaviləni cırıb tullayacaq…

F-1.az xatırladır ki, keçən həftə FİA, Ekklstoun və komandalar arasında yeni bir müqavilə bağlandı və 2017-ci ildəki mühərrik qaydalarının qaralaması ortaya çıxdı.

Yeni müqaviləyə əsasən mühərrik xərcləri azaldılacaq və gücləri bərabərləşdiriləcək. Məsələn, 2017-ci ildən etibarən Barcelona trasında mühərrik arasındakı fərqlər 0.3 saniyəni keçməməlidir.

Berni Ekklstoun: “Necə olduğu vacib deyil. Bizim üçün fərqi yoxdur. Tək istədiyim odur ki, mühərriklərin gücü təxminən bərabər olsun.

Gözləyək, görək. Əgər bu qaydalar işləməsə, müqaviləni cırıb tullayacam və daha sonra mühərriklər barədə çox sadə və asan qaydalar yazılacaq.

Atmosfer mühərriklərin gücləri bir-birlərinə daha yaxın idi. Hamısı da maksimum həddə çatmışdı”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 584
Teqlər ,
Paylaş

logo