22 Avqust 2019, Cümə axşamı - 18:33

Rolex şirkəti Avstraliya Qran Prisinin titul sponsorudur

Rolex şirkəti Avstraliya Qran Prisinin titul sponsorudur

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

14:10 - 07 Fevral, 2013

Avstraliya Qran Prisinin təşkilatçıları həmişə şikayətlənirdilər ki, sponsorlar Qran Priyə heç bir maraq göstərmirlər. Yarışın titul sponsoru Qantas aviaşirkəti getdikdən […]

Avstraliya Qran Prisinin təşkilatçıları həmişə şikayətlənirdilər ki, sponsorlar Qran Priyə heç bir maraq göstərmirlər. Yarışın titul sponsoru Qantas aviaşirkəti getdikdən sonra təşkilatçıların maliyyə yükü artmışdı, amma bu il vəziyyət düzələ bilər.

Bu il Formula1-in rəsmi saniyəölçəni olan Rolex şirkəti Avstraliya Qran Prisinə də titul sponsorluğu edəcək. 2013-cü ildə yarış Rolex Australian Grand Prix adı ilə rəsmiləşdiriləcək – məşhur saat brendi dünya çempionatında iştirakını mövsümün ilk yarışında bu formada bildirməyə üstünlük verib.

Berni Ekklstoun: “Bu bəyanat Rolex üçün, Melburn üçün və bütün Formula1 üçün əla xəbərdir. Bu yaxınlarda Rolex çempionatın rəsmi saniyəölçəni olub və mən şadam ki, şirkət mövsümün birinci Qran Prisini də dəstəkləməyi qərara alıb – bizim əməkdaşlığın əla başlanğıcıdır!”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 326
Teqlər , , , ,
Paylaş

logo