B.Ekklstoun: “McLaren və Williams-ın yenilənməyə ehtiyacları var”

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, McLaren və Williams komandalarının yeni idarəçilərə ehtiyacı var.

F-1.az xatırladır ki, Williams və McLaren müvafiq olaraq Formula1 tarixinin ən titullu ikinci və üçüncü komandalarıdır. Lakin hər iki komanda son qələbəsini 2012-ci ildə qazanıb.

Berni Ekklstoun: “Artıq Ron Dennis və Frənk Uilyams kimi mükəmməl adamlar onların rəhbərləri deyil. Yenidən güclənmək üçün yeni Ron və Frənk tapmalıdırlar”.

Berni Ekklstoun yeni mövsümə podiumla başlayan Red Bull-Honda tərəfdaşlığından danışıb: “Bu tərəfdaşlığı Red Bull-a 3 il əvvəl məsləhət gördüm. Honda-nın genlərində mübarizə var. Motosikletdə çox güclüdürlər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*