Strateji İşçi Qrupun yeni qərarları

Dünən Parisdə komandaların nümayəndələrinin, FİA-nın prezidenti Jan Todtun və çempionatın icraçı direktoru Çeyz Kerinin iştirakı ilə Strateji İşçi Qrupun və F1 Komissiyasının toplantısı baş tutub.

F-1.az bildirir ki, toplantıda bəzi vacib məsələlər müzakirə olunub və sonda hər iki reqlamentə müəyyən dəyişikliklər qəbul edilib, amma dəyişikliklər əvvəlcə FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurasında təsdiq olunmalıdır.

Qəbul olunan dəyişikliklər:

  1. Bu ildən maşınların motor qapağında peyda olan üzgəclər və T-qanadlar 2018-ci ildən qadağan olunacaq;
  2. Motor yağının yanacaq qismində daxili yanma mühərriyinə düşməsinin qarşısı alınacaq, həftəsonunun gedişində yalnız eyni yağ növündən istifadə olunacaq;
  3. Pirelli-yə icazə verilib ki, 2018-ci ilin yağış təkərlərini builki maşınlarla test etsin;
  4. Əgər yarış qırmızı bayraqlarla dayandırılarsa, onda restart start düzlüyündən veriləcək;
  5. Sürücünün başının müdafiəsi üçün bir çox təkliflər araşdırıldıqdan sonra ekran tipli “Qalxan” sistemi məqbul hesab edilib, mövsümün gedişində sistem bütün komandalarda hər iki sürücü tərəfindən test ediləcək;
  6. İspaniya Qran Prisindən başlayaraq, komandalar sürücülərin soyadlarını və nömrələrini maşın üzərində daha aydın yazmalı olacaqlar;
  7. Strateji İşçi Qrupun üzvü olmayan komandaların nümayəndələri də növbəti toplantılarda iştirak etməklə müzakirələrə qatılacaqlar.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*