17 Avqust 2019, Şənbə - 19:36

S.Abitebul idman reqlamentinə yenidən baxmağa çağırıb

S.Abitebul idman reqlamentinə yenidən baxmağa çağırıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:07 - 16 Fevral, 2013

Keçən ilin sonunda biz xəbər vermişdik ki, Caterham komandasının başçısı Siril Abitebul ümid edir ki, 2014-cü ildə çempionat 1.6 litrlik […]

Keçən ilin sonunda biz xəbər vermişdik ki, Caterham komandasının başçısı Siril Abitebul ümid edir ki, 2014-cü ildə çempionat 1.6 litrlik turbomotorlara keçərkən komandalar müəyyən əməkdaşlıq formaları tapacaqlar. Siril öz fikrində israrlıdır: onun sözlərinə görə, Formula1-in idman relqamentində “Konstruktor” anlayışı bir qədər yumşaldılmalıdır.

İdman reqlamentində bəzi detal və elementlərin adı çəkilib ki, komandalar bunları müstəqil hazırlamalıdırlar ki, FİA həmin komandanı maşının konstruktoru kimi təyin etsin. Abitebulun fikrincə, bu siyahıya maşının sürətinə təsir etməyən detal və elementləri salmağın heç bir əhəmiyyəti yoxdur…

Siril Abitebul: “Bütün bu siyahıya təzə baxışla baxmaq lazımdır ki, başa düşəsən – bu detallar maşının görkəminə təsir edir yoxsa bu detallardan sürət köklü sürətdə asılıdır. Əgər bu detallardan sürət asılı deyilsə və ya demək olar ki, asılı deyilsə, onda komandalara daha aktiv mübadiləyə imkan verilməlidir.”

Hərçənd, Caterham komandasının başçısının qeyd etdiyi kimi, məsələ təfsilatlı müzakirə tələb edir, çünki komandalar həmişə reqlamentə olan qaydalardan yan keçməyə çan atırlar. İstənilən halda, komandalar arasında daha sıx əməkdaşlıq Formula1-in xeyrinə də ola bilər, xüsusən də çətin iqtisadi vəziyyət şəraitində…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 331
Teqlər , , ,
Paylaş

logo