20 Avqust 2019, Çərşənbə axşamı - 09:17

D.Kulthard: “Red Bull doğru qərar verdi”

D.Kulthard: “Red Bull doğru qərar verdi”

Müəllif: Rauf Hacıyev, redaktor

17:16 - 11 May, 2016

Sabiq Formula1 sürücüsü Devid Kulthard bildirib ki, Red Bull-un Maks Ferstappen transferi doğru qərardır…

F-1.az xatırladır ki, İspaniyadan etibarən Ferstappen Red Bull-da, Kvyat isə Toro Rosso-da yarışacaq.

Devid Kulthard düşünür ki, Ferstappen Red Bull-da yarışmağa hazırdır: “Bu, Formula1-dəki həyəcanı artıracaq. Məncə, bu yaxşı xəbərdir.

Maks bu fürsət üçün hazırdır. O, yetəri qədər sürətlidir və ağıllıdır. Karlos Sayns da hazırdır, amma bir boliddə iki sürücü yarışa bilməz.

Bu, Maks üçün əla fürsətdir, amma bu, o demək deyil ki, ilin sonunda Karlosun əlinə belə bir fürsət düşməyəcək və ya Daniil Red Bull-a geri qayıtmayacaq. Hər şey bir saniyə ərzində dəyişə bilər”.

Kulthard Red Bull-un Kvyatla bağlı qərarına təəccüblənməyib: “Əslində hər iki komandanın sürücülərinin də eyni komanda ilə müqaviləsi var. 2005-ci ili xatırlayın. Liutsi və Klin həmişə ikinci bolidi dəyişdirirdilər.

Yəni ki, Red bull-un fəlsəfəsində bu var. Onlar gənc istedadlara dəstək olmağı sevirlər. Daniil indi məyusdur və mən onu anlayıram, amma əsas odur ki, o, hələ də Formula1-dədir və Red Bull ailəsinin bir üzvüdür”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 383
Teqlər , , , , ,
Paylaş

logo