A.Popov: İngilislər Ferstappenə qarşıdırlar

Rusiyalı Formula1 şərhçisi Aleksey Popov düşünür ki, britaniyalı mütəxəssislər Maks Ferstappenə qarşıdırlar.

F-1.az xatırladır ki, niderlandlı sürücü Lyuis Həmiltonu bütün statistikalarda məğlub edərək, karyerasının ilk titulunu əldə edib.

Əksəriyyət Maks Ferstappeni təkər-təkərə mübarizələrdə göstərdiyi aqressivliyə görə tənqid edir.

Aleksey Popov: “Britaniyalı mütəxəssislər bunu son yarışda çox vurğuladı. Əvvəllər belə vurğulanmırdı. Maksa bu hekayəni əvvəldən yazmağa bağladılar.

Əslində idmanın genetikası budur. Rusiyada əksəriyyət aqressiv Ayrton Sennanın azarkeşidir. Ondan başqa idmandakı qərarların qatılaşmasına səbəb olan Mixael Şumaxerin də fanatları var. Maks Ferstappen isə hələ də öyrənir. Lyuis indi səbirlə sürür, çünki maşını güclüdür. Ancaq maşını zəif olanda… McLaren-də aqressiv sürürdü. Tənqid olunanda isə deyirdi ki, tək şansım budr. Güclü maşında fərqli sürərdim. Bu hal Maks üçün də keçərlidir.

Ferstappen bu il bəzən ən güclü maşına sahib idi. Ardıcıl yarışlar qazandı. Ancaq Mercedes ən sürətli olanda Maks uduzmamaq üçün maşını limitlərdə sürürdü.

Mən Maksın xarakterini sevmirəm, amma bu il xarakterində inkişaf var. Bəlkə də, Kelly ilə sevgili olandan sonra böyüdü və bəzi şeyləri anladı. Əksər hadisələri 36 yaşlı yeddiqat Dünya Çempionundan daha yetkin formada qarşıladı. Əbu Dabidə çempion olandan sonra mətbuatdakı reaksiyaları yaxşı idi. Elə bil kimsə onun düyməsinə basıb düzəldib”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*