Ferstappen Mayamidə xüsusi dəbilqə ilə yarışacaq

Bu həftəsonu Mayamidə baş tutacaq yarış üçün niderlandlı sürücü dəbilqəsinin xüsusi dizaynını təqdim edib.

F-1.az xəbər verir ki, Maks bu addımı cari mövsümdə ilk dəfədir ki, atır.

Maks Ferstappen: “Rəng çalarlarından bu  dəbilqəni harada istifadə edəcəyimi anlaya bilərsiz – Mayami Qran Prisində. Ümumi dizayn mənim adi dəbilqəmlə eynidir, onu bəyəndim və saxlamaq istədim. Ancaq rənglər bir az dəyişib – mənim fikrimcə, əla çıxıb!

Firuzəyi rəngi əlavə etmək qərarına gəldik və Şubertdən dəbilqənin içini eyni rəngə boyaya biləcəklərini soruşdum. Təcrübələrində ilk dəfə olaraq bunu etdilər və mənim fikrimcə, bu diapazon çox gözəl görünür – dəbilqənin arxa hissəsini boyayan rəng də daxil olmaqla.

Dizayn təmiz və sadədir, sadəcə mənim bəyəndiyim şəkildədir. Mən son nəticədən çox məmnunam – ümid edirəm ki, siz də bundan zövq alacaqsınız!”

Ferstappenin sözlərinə görə, mavi, firuzəyi, ağ və bənövşəyi rənglərdən ibarət sxem Mayamidə həftəsonunun qlamur təbiətinə çox uyğun gəlir və dəbilqənin dizaynında palma yarpaqlarından da istifadə olunub.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*