N.Rosberq: “Mercedes narahat olmamalıdır”

Sabiq Formula1 sürücüsü və hazırda Sky Sport kanalında şərhçilik edən Niko Rosberq bildirib ki, Mercedes komandası narahat olmamalıdır.

F-1.az xatırladır ki, Lyuis Həmilton Avstraliyada ən yaxın rəqibinə 0.65 saniyə fərq ataraq poul qazansa da, yarışda virtual təhlükəsizlik maşınına görə ikinciliyə razı olub.

Niko Rosberq: “Ferrari mükəmməl iş gördü. Yaxşı strategiya seçdilər və eyni zamanda bəxtləri də gətirdi. Mercedes isə sistemdəki səhvə görə 5 saniyə itirdi və bu, inanılmazdır. Formula1-də 5 saniyə hər şey deməkdir. Bu problem onlara baha başa gəldi və qələbədən oldular. Lakin hələ 20 yarış var və hamımız Mercedes-in tempini gördük. Lyuis tam güclə sürəndə ən sürətli sürücü idi. Buna görə də narahat olmamalıdırlar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*