L.Həmilton aşağı seriyalardakı problemləri həll etmək istəyir

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, aşağı seriyalardakı xərclər azalmalıdır.

F-1.az xatırladır ki, son illərdə aşağı seriyalarda yarışmaq üçün xərclər son illərdə artıb. Məsələn, Formula3-də güclü komandada yarışmaq üçün ən az bir milyon avro ödəmə etmək lazımdır. Bu məbləğ Formula2-də daha da artır.

Lyuis Həmilton: “Formula3-ə baxsanız, görərsiniz ki, avtoidman əvvəlki kimi deyil. Formula Renault əvvəllər olduğu kimi pillə deyil. Formula3 və Formula2 getdikcə bahalaşır. Belə olmamalıdır. Kartinq də bahalaşır. Bu, doğru deyil. Ancaq bunun səbəbi işi idarə edənlərdir. Buna görə də bu işə fokuslanıram. Amma mənim də əlimdən çox şey gəlmir. Görək nə edirik. Bu iş mənimçün çox vacibdir və hər şeyi həll etmək üçün düşünürəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*