M.Ferstappen: Problem yoxdur

Red Bull komandası Barselona testlərinin dördüncü günündə çox vaxt itirsəd də, Maks Ferstappen narahat deyil.

F-1.az bildirir ki, “qırmızı öküzlər” ikinci testlərin ilk günündə asılqana görə zaman itiriblər. Nahardan sonra isə Maks Ferstappen iki dəfə yerində fırlanıb və bunların birində qırmızı bayraqlara səbəb olub.

Maks Ferstappen: “İndiyə kimi problem yoxdur. Lakin testlərə davam edirik. Hazırda nə vəziyyətdə olduğumuzu demək çətindir. Bolidin sürəti hiss olunur, ancaq digər bolidlərdə də asfaltla ilişmə güclüdür. Bolidimizə yeniliklər gələcək və onları sınayacağıq. Lakin rəqiblərimiz də boş dayanmayacaq. Əsl gücümüzü Melburnda görəcəyik. Builki maşın keçənilkindən güclüdür. Ancaq rəqiblərimizə nisbətən necə olduğumuzu bilmirik. Çempion olmaq istəyirsinizsə, hər sahədə təkmilləşməlisiniz. Testlərin dördüncü günündə bolidimizdə yeni detal sınamadıq. Hələki hazırlanırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*