Bazar günü keçirilən yarışdan sonra mövsümdəki ən yaxşı nəticəsini göstərərək doqquzuncu yerə görə iki xal qazanan Fernando Niderland mərhələsinin yekunlarını yüksək əhvali-ruhiyyə ilə şərh edib. Görünən odur ki, Alonso Honda-nın irəliləyişindən razı qalıb və Formula1-də qalmaqla bağlı yekun qərarını verib.
GPBlog-un məlumatına görə, Fernando Alonso 2027-ci ildə də Aston Martin komandasında çıxışını davam etdirəcək. Gözlənilir ki, bununla bağlı rəsmi açıqlama sentyabrın ortalarında Madriddə, İspaniya Qran Prisi günlərində veriləcək.





