F.Alonso: Ferrari qeyri-stabildir

Hazırda Aston Martin-də çıxış edən kiqat dünya çempionu Ferrari-də çıxış etdiyi dövrlə bağlı xatirələrini bölüşüb.

F-1.az xəbər verir ki, Fernando həmin günlərdə italyan komandanın daha sabit çıxış etdiyini qeyd edib. O, Ferrari-də 2010-2014-cü illərdə çıxış edib və bu 5 mövsümün üçündə mövsümü vitse-çempion kimi başa vurub.

Fernando Alonso: “Ferrari ilə biz hər mövsüm mübarizə aparırdıq və demək olar ki, heç vaxt səhv etmirdik. Son yarışa qədər iki dəfə titul uğrunda mübarizə apardıq. Xoşbəxtlikdən indi Ferrari orada olduğum vaxtdan daha qeyri-sabitdir, bu da mən və komandam Aston Martin üçün yaxşı haldır”.

Cari mövsümün beş mərhələsindən sonra Fernando Alonso sürücülər çempionatında yalnız Red Bull pilotları Maks Ferstappen və Serxio Peresdən geri qalaraq üçüncü yerdədir. İspan sürücü 4 dəfə podiuma yüksəlib. Ferrari sürücüləri Karlos Sayns və Şarl Lekler isə müvafiq olaraq beşinci və yeddincidirlər. İki sürücünün aktivində sadəcə bir podium var ki, onu da Bakıda Lekler əldə edib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*