Alonso mexaniklərə pul paylayırdı

McLaren komandasının sabiq mexaniklərindən biri olan Mark Pristli bildirib ki, Fernando Alonso 2007-ci ildə öz tərəfində işləyən mexaniklərə pul paylayırmış.

F-1.az xatırladır ki, Fernado Alonso 2007-ci ildə McLaren-də o dövrün debütantı Lyuis Həmiltonla komanda yoldaşı olmuş və iki sürücü arasındakı münasitlər son həddə çatmışdı. Beləliklə, mövsümün sonunda titulu Kimi Rəykkönen əldə etmişdi.

Mark Pristli: “Fernandonun əsas taktikası bütün boksu öz tərəfinə çəkmək idi. Hər şeyi ələ keçirməyə çalışırdı.

Bir dəfə boksa gələndə gördüm ki, Alonsonun meneceri Lyuisin maşınında işləməyən hər kəsə qəhvərəngli zərf paylayır. Mən o vaxt ehtiyat bolidin mexaniklərinə nəzarət edirdim. Hamımız o kiçik qəhvərəngli zərfdən aldıq. Zərfi açanda içində 1500 avro pul var idi.

Çox hiyləgər hərəkət idi. O sadə zərfi əlinizə alanda fikirlərşirsiniz ki, bu nədir? Sonra menecer uzaqlaşanda açırsınız və içi pulla dolu olur. Sonra ətrafdakılar səndən soruşur ki, sənə nə qədər verib? Bu söhbət komanda daxilində yayıldı və sadəcə Lyuisin mexanikləri pul almamışdı. Komanda bunu anladı və pulları geri verməyimizi istədilər. Burada problem yox idi, amma iki fərqli düşüncə modeli gördük.

Lyuis isə fərqli cür işlədi və mətbuat üzərindən oyunlar oynamağa başladı. Hamısı düz ya da səhv işlər gördülər. Heç birimiz mükəmməl deyilik, amma hər ikisi də idmanda ən yaxşı olmaq üçün müxtəlif strategiyalar qurdular və yaxşı nəticələr qazandılar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*