F.Alonso: Zamanımı düzgün qiymətləndirməliyəm

Aston Martin komandasının sürücüsü Fernando Alonso bildirib ki, tükənməmək üçün zamanını düzgün qiymətləndirməlidir.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 41 yaşı olmasına baxmayaraq, Aston Martin-lə ikiillik müqavilə bağlayıb.

Fernando Alonso: “100 faizlik potensialımı verə bildiyim müddətdə yarışacam. Bu da iki və ya üç il deməkdir. Mənim yaşımda ikən çox şeyə diqqət etməlisiniz. Məşqlərə, səyahətlərə və tədbirlərə…

İllər keçdikcə Formula1 sizdən çox şey alır. Tükənməmək üçün zamanınızı düzgün qiymətləndirməlisiniz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*