S.Fettel: Bakıda tempimizi qorumalıyıq

Aston Martin komandasının sürücüsü Sebastyan Fettel 5-ci olduğu Monakodan sonra Bakıda da tempini qorumaq istəyir.

F-1.az xatırladır ki, almaniyalı sürücü Monakoda 5-ci olaraq, 7 yarışlıq fasilədən sonra xal qazanmışdı. Dördqat Dünya Çempionu Bakı Şəhər Halqasındakı yarışlarda yaxşı performans göstərib və hamısından xalla ayrılıb və iki dəfə podiuma yüksəlib.

Sebastyan Fettel: “Monakodan sonra başqa şəhər tipli trasa – Bakıya gedirik. Lakin bura fərqlidir. Bakıda ötmə etmək mümkündür və burada təkər yeiylməsi vacib faktordur. Buna görə də sərbəst yürüşlərdə həm texniki hissələr üçün, həm də düzlüklər üçün düzgün balansı tapmaq lazımdır. Ümid edirəm ki, Bakıda da Monakodakı tempimizi davam etdirərik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*