Könüllülük proqramına müraciət edənlər arasında yarış keçirilib

Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin könüllülərlə iş üzrə komandası yanvarın 31-də “2 fevral – Gənclər günü” münasibəti ilə Bu il ölkəmizdəd ebqt edəcək Avropa Qran Prisinin Könüllülük proqramına müraciət edənlər arasında “Volunteers Race code” (Könüllülərin Yarış kodu) adlı bilik yarışı keçirib...

Yarışda Avropa Qran Prisinin Könüllülük proqramına müraciət edən könüllülərdən təşkil olunmuş 11 komanda iştirak edib. Yarış zamanı iştirakçılara Formula1 və Bakı haqqında suallar təqdim olunub.

Üç saat davam edən yarışa BŞH-nın mərkəzi ofisində start verilib. Səkkiz mərhələdən ibarət olan yarışda iştirakçılar şəhərin müxtəlif yerlərində, əllərində sual olan zərflərlə onları gözləyən könüllü koordinatorlarına yaxınlaşıblar. Suala düzgün cavab verən yarış iştirakçıları ardıcıllıqla yarışa növbəti mərhələ ilə davam edərək, sonuncu mərhələ üçün mərkəzi ofisə gəliblər.

Burada onlara təqdim olunan suala ən tez və düzgün cavab verən “Volunteer stars” (Könüllü ulduzlar) komandası yarışın qalibi olub. İkinci yerə isə “Omega” komandası yiyələnib. Qaliblərə hədiyyələri BŞH-nın İşçi Qüvvəsi üzrə meneceri Atif Qənbərov təqdim edib.

F-1.az xəbər verir ki, Əməliyyat şirkəti Avropa Qran Prisi yarışına qədər müxtəlif əyləncəli və maraqlı tədbirlər keçirmək niyyətindədir. Bu tədbirlərin keçirilməsində əsas məqsəd yarışa qədər olan müddət ərzində vahid və güclü könüllülər komandası yaratmaqdır.

Qeyd edək ki, iştirakçılar sırasında ilk dəfə könüllülük fəaliyyətinə müraciət edənlər də vardı və yarış onlarda böyük marağa səbəb olub. Könüllülərin fikrincə, belə tədbirlərin təşkil olunması gənclərin asudə vaxtlarını səmərəli keçirmək baxımından olduqca böyük əhəmiyyətə malikdir.

Məlumat üçün bildirək ki, Bakı Şəhər Halqasının Könüllülük proqramına qeydiyyat davam edir. Müraciət etmək istəyənlər http://volunteers.bakucitycircuit.com keçidi vasitəsilə proqrama yazıla bilərlər.

 

Volunteer

 

Volunteer

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*