10 Dekabr 2018, Bazar ertəsi - 09:13

S.Fettel: “Ferstappen artıq gənc deyil”

S.Fettel: “Ferstappen artıq gənc deyil”

Müəllif: Rauf Hacıyev, redaktor

15:15 - 15 Aprel, 2018

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, Ferstappenə lazımi qədər boşluq qoysa da, hollandiyalı rəqibindən elə həmlə gözləmirmiş.

F-1.az xatırladır ki, 20 yaşlı sürücü 14-cü döngədə dördqat Dünya Çempionuna hücum edib, amma arxa təkərlərin kilidlənməsi ucbatından bolidin idarəetməsini itirərək, Fettelə çırpılıb.

Sebastyan Fettel: “Maksı son ana qədər görmədim. Amma biliridm ki, hücum edəcək və ona boşluq buraxdım. Daniellə yeni təkərlərə sahib idilər və buna görə də dirənməyin mənası yox idi. Heyif ki, hücum edərkən səhv etdi və təkərləri bloklandığı üçün mənə çırpıldı. Deyəsən, vəziyyəti düzgün təhlil etmədi və gec hücum etdi.

Maks artıq gənc sürücü deyil. Təbii ki, bu halla 300 yarış keçirmiş sürücü də qarşılaşa bilər. Bolidin içində belə vəziyyətləri dəyərləndirmək çətindir. Sakitləşəndə hadisələrə daha düzgün yanaşa bilirik. Xalsız qalmadığımız üçün bəxtimiz gətirdi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 219
Teqlər , , , ,
Paylaş

logo