M.Ferstappen: Bakıda səhv etmək çox asandır

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, son cəhddən əvvəl fərqli şeylər sınadıqları üçün geridə qalıblar.

F-1.az xatıraldır ki, niderlandlı sürücü Bakıda poul üçün ən real namizədlərdən biri olsa da, sonda ikinci yerə razı olub.

Maks Ferstappen: “Burada bir dövrəni bir araya gətirmək çox çətindir. İkinci cəhdə başlayanda fərqli şeylər sınadıq. Bu da dövrəvi nəticə üçün yaxşı olmadı. Burada dövrə atmaq çətindir. Üçüncü sessiyada limitdəsiniz və birdən hər şeyi düzəltməyə çalışırsınız. Heç asan deyil.

Yenə də ikinci yeri tuta bildik. Maşınımızın yarış tempi yaxşıdır. Düzdür, həmişə öndə olmaq istəyirik və bunu etmək üçün Ferrari-ni keçməliyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*