M.Ferstappen iki mükafat alıb

Dünən gecədən xeyli keçmiş Vyanda 2016-cı ildə FİA-nın keçirdiyi çempionatların qaliblərinin və mükafatçılarının rəsmi təltifolunma mərasimi başa çatıb. Avtoidman ictimaiyyətinin diqqəti karyerasını başa vurmasını elan edən Niko Rosberqdə olsa da, Maks Ferstappen keçən il olduğu kimi yenə də mükafatsız qalmayıb.

F-1.az xatırladır ki, gənc hollandiyalı sürücü keçən il “İlin personası”, “İlin debütantı” və “İlin ötməsi” mükafatlarına sahib çıxmışdı. Bu il Maks yenə də “İlin personası” seçilib və yağışlı Braziliyada sonuncu dünya çempionu Rosberqə qarşı manevri “İlin ötməsi” mükafatına layiq görülüb.

Bu dəfə “İlin debütantı” isə ralli-krosda çıxış edən 18 yaşlı Kevin Hansen seçilib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*