Maks Ferstappen: “Üçüncü sərbəst yürüş bizim üçün yaxşı keçdi – cümə günü ilə müqayisədə irəliyə doğru yaxşı addım atdıq. Təəssüf ki, sıralanma turunda elə ilk dövrədən mövsüm ərzində dəfələrlə üzləşdiyimiz arxa asqı problemləri yenidən başladı və onlar həftəsonunun müxtəlif mərhələlərində ortaya çıxır.
Təəssüf ki, bu dəfə onlar məhz sıralanma turunda yarandı. Bolid porebriklərdə və nahamarlıqlarda çox güclü şəkildə tullanmağa başladı. Bütün bunlar onsuz da mübarizənin çox sıx olduğu trasda sürət itkisinə səbəb olur.
Problemi həll edə bilsək, sabah mübarizə aparacağıq. Amma bu, podium üçün yetərli olacaq? Bilmirəm. Lakin yarışı 100% saz vəziyyətdə olan bolidlə keçirmək istərdim. Bu, əla olardı”.





