S.Fettel Şumaxerə məsləhət verməyəcək

Ferrari komandasının sürücüsü Sebastyan Fettel bildirib ki, gənc Mik Şumaxerə məsləhət verməyəcək.

F-1.az xatırladır ki, əfsanəvi Mixael Şumaxerin oğlu keçən il Formula3 üzrə Dünya Çempionu olub və bu il Formula2-də mübarizə aparacaq. 19 yaşlı sürücü bu yaxınlarda Ferrari-nin gənc sürücü proqramına qoşulub.

Sebastyan Fettel: “Ona necə sürəcəyi ilə bağlı nəsihət verməyəcəm. Özünün öyrənməsi daha yaxşı olar. Ona gözləntilərim barədə nəsə deməyin də yeri yoxdur. Ümid edirəm ki, özünü Formula1 üçün təkmilləşdirər və tələsməz. Məncə, hər şeyə nəzarət edə biləcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*