K.Sayns nəticədən narazıdır

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, performansından razı olsa da, nəticədən narazıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Red Bull Rinqdə finişi 4-xü keçərək, builki ən yaxşı nəticəsini əldə edib. Lakin yarış bitdikdən sonra stüardlar sürücüləri yenidən izləyiblər. Buna görə də Saynza əlavə 10 saniyə cəza veriblər. Beləliklə, 29 yaşlı sürücü 4-cü yerdən 6-cı yerə yuvarlanıb.

Sayns yarışın əvvəlində ikinci yer uğrunda mübarizədə Leklerə hücumlar etsə də, komandası ona yarışmamaq əmri verib.

Ferrari komandası virtual təhlükəsizlik maşınında iki sürücünü birdən pitə çağırıb və iki sürücünü də ləngidib. Beləliklə, Sayns virtual təhlükəsizlik maşınından yararlana bilməyib.

Karlos Sayns: “Birinci və ikinci dəst təkərlərdə çox sürətli idin. Sözün açığı yarışın ikinci hissəsi Şarlın arxasında pitə girməyim ilə və virtual təhlükəsizlik maşını rejiminin sona çatması ilə yarışım təhlükəyə düşdü. Buna görə təxminən 6-7 saniyə itirdim. Bəzi zəif maşınların arxasına düşdüm. Bu da o demək idi ki, onları keçmək üçün tras limitlərini pozmalı və cəza almalı idim. Yarışım ondan sonra təhlükəyə girdi. Amma çox sürətli idim”.

Karlos Sayns düşünür ki, komandasının strategiyada səhv etməsi, yerdəyişməyə icazə verməməsi və 5 saniyəlik cərimənin gəlməsi onu podiumdan edib. Buna görə də ispaniyalı sürücü yaxşı performansından elə də razı deyil: “Sadəcə məyus oldum, çünki tempim çox yaxşı idi.

Kaş budan daha yaxşı yararlana bilsəydim, çünki bu yarışda tempim çox yüksək idi. İrəliyə doğru böyük addım atdığımı düşünürəm. Təbii ki, dördüncü yer pis deyil, amma ikinci ya da üçüncü ola bilərdik. Mən yarışdakı performansımdan çox razı idim.

Məncə, çox yaxşı sürdüm və yaxşı müdafiə olundum. Bir rəqibimə çatan kimi onu keçirdim. Hücuma keçərkən təkərlərə də yaxşı nəzarət edirdim. Buna görə də məyusam, çünki bu qədər əziyyət çəkdiyim halda 4-cü oldum və bunun müsbət tərəflərini görə bilmirəm.

Sözün açığı, hazırda ən yaxşı dövrümdəyəm. Buna görə də yüksək xallar toplamadığım üçün məyusam”.

Qeyd edək ki, ispaniyalı sürücü yarışdan sonra daha 10 saniyə zaman cəzası alaraq, 6-cı yerə yuvarlanıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*