Lekler inkişaf etdirilməli sahələrdən danışıb

F-1.az xəbər verir ki, mövsümün əvvəlində çempionluğa əsas namizəd kimi göstərilən, lakin sonradan çox geri qalan monakolu sürücü komandanın inkişaf etdirməli olduğu 3 sahə barədə danışıb.

Şarl Lekler: “Üç əsas element var və onları sıralamaq çətindir. Məncə ilk sıraya etibarlılığı qoymalıyıq – mövsümün müəyyən bir hissəsi var idi ki, bundan çox əziyyət çəkdik. Sonra isə kifayət qədər yeritirmə cəzaları aldıq. İkinci məsələ strategiyadır. Düşünürəm ki, bu mövsüm çox səhv etdik. Nəhayət, üçüncü düzəldilməli şey isə təkərlərlə işləməkdir. 2022-ci ildə bu məsələdə heç də sabit deyildik. Əbu Dabidə bu sarıdan yaxşı idi, amma pis olduğumuz yarışlar daha çox idi. Düşünürəm ki, təkər problemini uzun vədədə necə həll edəcəyimizi anlamamışıq. Diqqət etməli olduğumuz 3 əsas aspekt bunlardır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*