F.Alonso: Fettelə qarşı diqqətliyik

Alpine komandasının sürücüsü Fernando Alonso bildirib ki, yarışda Fettelə qarşı diqqətli olacaq.

F-1.az xatırladır ki, almaniyalı sürücü Əbu Dabidə karyerasının son yarışına çıxacaq. Alonso və Fettel yarışa yan-yana başlayacaqlar.

Fernando Alonso: “Sebastyana görə çox sevinirəm. Əlbəttə, ona kömək etməyə çalışmırıq, amma onu güzgüdə onu görəndə diqqətli olmağa çalışırıq. İstəyirik ki, həftəsonu onun üçün problemsiz keçsin. Yarışa 9-cu yerdən başlayacaq. Yanında mən olacağam. Buna görə də ilk dövrədə ona qarşı diqqətli olacağam. Ümid edirəm ki, ikimiz də finişə çatarıq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*