L.Həmilton: “Heç nədən gileylənə bilmərəm”

Mövsümün ilk iki yarışında Lyuis Həmilton pouldan start alsa da, hər iki yarışı üçüncü yerdə baaş vurub. Bu gün britaniyalı […]

Mövsümün ilk iki yarışında Lyuis Həmilton pouldan start alsa da, hər iki yarışı üçüncü yerdə baaş vurub. Bu gün britaniyalı sürücü yarışda səhvə yol verməyib, amma komanda səhvə yol verib – pit-stopların vaxtı optimal seçilməyib, ikinci pit-stopda isə mexanik təkəri maşına taxdıqdan sonra termoçexolun ipini əyləcin soyutma kanalından aça bilməyib və ləngiyib…

Lyuis Həmilton: “Heç nədən gileylənə bilmərəm. Maşın bütün uik-end sürətli idi, komanda öz işinin öhdəsindən yaxşı gəldi və mən bu gün bir daha podiuma qalxa bildim. Mövsümün bu hissəsində stabil nəticələr çox vacibdir.

Yarış maraqlı alındı. Çox güman ki, start aldığım mövqedə yarışı baaş vursaydım, daha məmnun olardım, amma Fernando və Serxio öz işlərini əla gördülər. Mən əlimdən gələni edirdim ki, onlara çatım, amma bu gün çox hadisə baş verdi. Biz iki halda kecikdik – əvvəlcə keçid təkərləri, sonra isə slikləri düzgün vaxtda maşına taxmadıq.

Bu cür qərarlar həmişə risk tələb edir, rəqiblərimiz bizdən əvvəl pit-stop etdilər, mən isə çox vaxt itirdim – 12 saniyəlik fərqi aradan qaldıra bilmədim.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*