K.Klin ümidini itirmir

Kristian Klin Formula1 komandalarından birinin tərkibində çempionata qayıtmaq ümidini itirmir – hələlik yalnız US F1 və Campos komandalarının hərəsində bir […]

Kristian Klin Formula1 komandalarından birinin tərkibində çempionata qayıtmaq ümidini itirmir – hələlik yalnız US F1 və Campos komandalarının hərəsində bir vakansiya qalıb, amma bu komandaların gələcəkləri böyük sual altındadır.

Kristian Klin: “Nə qədər ki, vakansiya var, mən əlimdən gələni edəcəm. Mən Sauber və Renault komandaları ilə danışıqlar aparırdım və demək olar ki, artıq razılıq əldə etmişdim. Hər iki komanda mənim namizədliyimi son ana qədər nəzərdə tutmuşdu, amma yekunda de la Rosa və Petrovla müqavilələr bağlandı.

Qışda komandaların rəhbərliyində dəyişikliklər baş verdi, bu isə mənim xeyrimə olmadı.”

Bu gün Kristianın 27 yaşı tamam olur, o Jaguar və Red Bull komandalarının heyətində 46 Qran Pri keçirib, sonra isə Honda və BMW Sauber komandalarında ehtiyat sürücü olub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*