S.Fettel Ferstappeni müdafiə edib

Ferrari komandasının sürücüsü Sebastyan Fettel Rəykkönen və Ferstappen arasındakı mübarizəni dəyərləndirib və hər şeyə cəza verilməsinə qarşı olduğunu bildirib...

F-1.az xatırladır ki, yarışın son 15 dövrəsində Rəykkönen 5-ci yer uğrunda mübarizədə Ferstappenə bir neçə dəfə hücum etmişdi. Amma finlandiyalı rəqibini heç bir halda keçə bilməmiş və iki sürücü arasında insident yaşanmışdı. Rəykkönen radio ilə Ferstappendən şikayət etsə də, stüardlar bu şikayətlərə qulaq asmamışdılar.

Rəykkönenin komanda yoldaşı Fettel bu mübarizəni dəyərləndirib: “Mən düşünürəm ki, biz buraya yarışmağa gəlmişik. Maks aqressiv sürücüdür və bu, onun güclü tərəflərindəndir. O bəzən həddi aşır, amma mən cəzalara və qarışıq qaydalara qarşıyam. Mənə görə bu axmaqlıqdır və insanlar kənardan bizə gülürlər.

Bizim üçün çətindir və əlimizdən heç nə gəlmir. Düşünürəm ki, o sakitləşəcək. Ona vaxt vermək lazımdır. O, müdafiə olunmaqda çox güclüdür. Onun arxasında olanda sağa-sola gedir və bu mükəmməl deyil. Kimi ədalətli sürücülərdən biridir, ancaq bəzən belə hallar baş verir. Mövsüm uzundur və onlar yenə bir-birilə mübarizə aparacaqlar”.

Fettel yarış vaxtı mavi bayraqlara riayət etməyən sürücüləri tənqid etmişdi, amma yarışdan sonra bu barədə sakit danışıb: “Düzünü desək, hamı yaxşı iş gördü. O vəziyyətdə olmaq çox çətindir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*