18 Sentyabr 2019, Çərşənbə - 05:05

M.Ferstappenin bəhanəsi olmayacaq

M.Ferstappenin bəhanəsi olmayacaq

Müəllif: Rauf Hacıyev, redaktor

12:09 - 07 Mart, 2019

Red Bull komandasının sürücüsü Maks Ferstappen artıq azyaşı ilə bağlı bəhanəsinin olmadığını deyib.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Formula1-də 2015-ci ildə 17 yaşındaykən debüt edib. Hazırda 21 yaşı olan Maks keçən il etdiyi səhvlərə görə tənqidlərin ən böyük hədəfi olmuşdu.

Maks Ferstappen: “Buradakı beşinci mövsümüm olacaq. Buna görə də az yaşımı bəhanə edə bilmərəm. Yetkin insanlar kimi davranmalıyam. Artıq dəlisov Maks deyiləm. Komandanın mənafeyini düşünən sürücüyəm. Həmişə ən yaxşı nəticəni qazanmaq üçün mübarizə aparmışam. İkinci və ya üçüncü olmaq üçün buraya gəlməmişəm. Bütün yarışları qazanmaq istəyirəm və bunun üçün trasa çıxıram. Lakin çempionluq uğrunda mübarizə aparırsınızsa, bəzən ikinciliyə də razı olmalısınız.

Hədəfim ən azı 15 il burada olmaqdır. Qarşıda 11 ilim var və o zaman 32 yaşım olacaq. Bəlkə 36-37 yaşıma qədər sürərəm. Bəlkə də 42 yaşıma qədər burada olaram”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 288
Teqlər ,
Paylaş

logo