M.Krek: Alonsonun gəlişi komandanı alovladı

Aston Martin komandasının rəhbəri Mayk Krek bildirib ki, Alonsonun gəlişi onların qazanmaq arzusunu daha da alovlandırıb.

F-1.az xatırldır ki, Alonso gələn il Aston Martin-ə keçir. İkiqat Dünya Çempionu artıq Əbu Dabidəki testlərdə yeni komandasının sükanı arxasına keçib.

Mayk Krek: “Fernando çox keyfiyyətli geribildirimlər verir. Çox şey dedi və hamısında açıqsözlü və səmimi idi. Fernando bu il Meksikada yeddinci gedərkən mübarizəni dayandıranda məyusluğunu xatırlayıram. Bu da onun motivasiyasını göstərir. Bir komandada belə qazanma istəyi olan sürücü yarışanda, bu bütün komandaya müsbət təsirini göstərir.

İkinci gün hamı Alonsonun bizim komandada olmasına görə sevinirdi. Məncə, bütün komandada qazanma istəyini alovlandırdı.

Fernando Sebastyandan fərqlidir, çünki fərqli hekayələri var. Biri ispandır, biri alman. Bu belə böyük fərq yaradır. Onların tək ortaq cəhəti inkişaf etməkdir. Həm Fernando, həm də Sebastyan komandanı irəli apara bilirlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*