Rəsmən: Alonso Alpine-lə müqaviləsini uzadıb

Alpine komandası ikiqat Dünya Çempionu pilotu Fernando Alonso ilə müqaviləsini daha 1 il uzadıb.

 

F-1.az xatırladır ki, ikiqat Dünya Çempionu bu mövsüm ikiillik fasilədən sonra yenidən idmana qayıtmışdı. İspaniyalı sürücü birillik müqavilə bağlasa da, bir il də uzatma opsiyonu var idi. Hər iki tərəf də bu opsiyondan istifadə edib.

Fernando Alonso: “Alpine ilə daha birillik müqavilə imzaladım və çox xoşbəxtəm. Bu komandaya gələndən özümü evimdəki kimi hiss edirəm. Burada məni yaxşı qarşıladılar. Buradakı işçilərlə yenidən işləmək mənim üçün əla oldu.

Çətin mövsüm olsa da, inkişaf etdik. Macarıstandakı nəticə inkişafımızı göstərir. Bu mövsümü major notlarda bitirmək istəyirik. Gələnilki yeni reqlament bizim üçün çox vacib olacaq”.

Alpine komandasının rəhbəri Loren Rossi: “Fernando gələn il də Estebanla komanda yoldaşı olacaq və buna görə sevincliyik. Bu, əla heyətdir və peletonun ən güclü cütlərindən biridir. Fernando idmana qayıtdıqdan sonra hamımızı feyziyab etdi. O, əlindən gələnin ən yaxşısını edir və bunu görmək çox gözəldir.

Macarıstandakı performansı onun nə qədər güclü olduğunu göstərdi. Gələnilki reqlamentə hazırlaşanda onun təcrübəsindən ən yaxşı formada istifadə edəcəyik. Uğura ən az bizim qədər acdır və yaxşı nəticə qazanmaq üçün əlindən gələni edir.

Hazırda əsas hədəfimiz növbəti yarışlarda yaxşı performans göstərib mövsümü bacardığımız qədər yaxşı pillələrdə bitirməkdir”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*