Alpine rəhbərliyi narazıdır

Komandanın idman direktoru Alan Permain mövsümün ilk yarışlarındakı nəticələr barədə danışıb.

F-1.az bildirir ki, britaniyalı mütəxəssis qeyd edib ki, ötən illə müqayisədə Ferrari və Mercedes-lə olan fərq azalıb, lakin indiki forma komandaya uyğun deyil.

Alan Permeyn: “İnanıram ki, komandamız keçən illə müqayisədə Ferrari və Mercedes-ə daha yaxındır. Biz hələ ətraflı təhlil aparmamışıq, amma Ferrari-yə çox yaxın olduğumuza şübhəm yoxdur, çünki ötən mövsüm çempionatın bu mərhələsində onlar qələbələr üçün mübarizə aparıblar.

Məqsədimiz beşinci yox, üçüncü yerə yaxınlaşmaqdır. Bəlkə də belədir, çünki sürət baxımından üçüncü komanda üçün Mercedes-i götürsəniz, deməli, biz onlara keçən ildən daha yaxınıq. Bununla belə, Alpine bizim olmaq istədiyimiz yerdə deyil və Aston Martin-in tərəqqisi hər kəsi təəccübləndirdi.Biz əzmlə işləməyə, maşının asfaltayatma qüvvəsini artıracaq yeni məhsullar hazırlamağa davam etməliyik və irəliləməliyik. Keçən il çoxlu yeniləmələr gətirdik – bu yanaşma çox yaxşı işlədi.

Bizim əla məlumat korrelyasiyamız var, ona görə də komandanın hazırladığı bütün yeniləmələrin maşını daha da yaxşılaşdıracağına əminik. Rəqiblərinizdən daha sürətli irəliləmək çox vacibdir”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*